Infotek
home mail us
pxl
BİZ KİMİK | STRATEGIYA | ART AND CRAFTS | BİZNES | TƏHSIL | XİDMƏT ŞƏBƏKƏSİ | XƏBƏRLƏR | ƏLAQƏenglish
pxl
ABUNƏ

İNFOTEK İB-nin Xəbər bülleteninə abunə olun və gələcək fəaliyyətlərimiz və xidmətlərimizdən xəbərdar olun.
Zəhmət olmazsa, aşağıda adınız, soyadınız və e-poçt ünvanınızı daxil edib, abunə olun:
Adınız:
e-Mail:
BİZ KİMİK? str INFOTEK
İNFOTEK İB Azərbaycanda yoxsulluğun azaldılması və İKT-nin inkişafı istiqamətində inkişaf (humanitar) layihələrində fəal iştirak edir.
bg
QLOBAL BAZAR ÜÇÜN YERLİ MAL str QLOBAL BAZAR ÜÇÜN YERLİ MƏHSUL
Azərbaycanda ilk dəfə incəsənət əsərlərinin satışı üçün İnternet mağaza. Burada Siz muasir Azərbaycan ustaları tərəfindən hazırlanan müxtəlif əl işləri tapa bilərsiniz.
bg
YÜKSƏK SƏVIYYƏLI PROQRAMÇI OLMAQ ISTƏYIRSINIZ? str YÜKSƏK SƏVİYYƏLİ PROQRAMÇI OLMAQ İSTƏYİRSİNİZMİ?
Azərbaycanda ilk dəfə olaraq Proqramçılar Məktəbi fəaliyyətə başlamışdır. Burada dərslər proffessional mütəxəssislər tərəfindən tədris edilir.
bg
SUMQAYIT ŞƏHƏRİNDƏ BİZNES İNKUBATORU str SUMQAYIT ŞƏHƏRİNDƏ BİZNES İNKUBATORU
İnformasiya və Telekommunikasiya Texnologiyalarının biznes prosesinə tətbiqi yerli biznesin effektiv inkişafına təkan verə bilər.
bg
STRATEGIYAMIZ str STRATEGIYAMIZ
Biz inanırıq ki, yeni strategiyamız 2005 - 2010-ci illərdə bizə müştərilərimizə daha yaxşı xidmət göztərməyə və ölkə inkişafına ciddi təkan verməyə imkan verəcək.
bg

QIŞ TƏDRİS MÖVSÜMÜNDƏ YENİ QRUPLARA
 QEYDİYYAT BAŞLANDI
AZƏRBAYCANDA BİZNES İNKUBATORU ÜZRƏ MİLLİ FORUM KEÇİRİLMİŞDİR


İnfoTek İB-nin Təlim və Bilik Mərkəzində Qış Tədris Mövsümündə yeni qruplara qeydiyyat başlandı. Təlimlər Proqramlaşdırma, Kompüter Qrafikası, CISCO Şəbəkə AkademiyasıKompüterin Əsasları üzrə aparılacaq. 
  Siz aşağıdaki Proqramlaşdırma dillərinə: 
- Pascal                           - Delphi
-
Java                               - Visual Basic
C, C+                             - PHP

Kompüter Qrafikasına:        
- Corel Draw GS
- Adobe Photoshop CS
- Macromedia Flash MX 
- Macromedia Dream Weaver MX

Şəbəkələrin İdarə Olunmasına:
- İT Essential I və II

Kompüterin Əsaslarına:
- Windows XP
- MS Office

peşəkar səviyyədə yiyələnmək istəyirsinizsə,
Bakı Təlim və Bilik Mərkəzinə gəlib qeydiyyat kartını doldurun.

Qeydiyyat 31 yanvar 2006 qədər aparılacaq. Bakı Təlim və Bilik Mərkəzinin
qapıları üzünüzə hər zaman açıqdır.

Kurslar barədə daha ətraflı məlumatı TƏHSİL bölməsində tapa bilərsiniz.



 


23 dekabr 2005-ci il tarixdə Dünya Bankı (InfoDev Programı çərçivəsində) tərəfindən maliyyəşdirilən və Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “InfoTek” İctimai Birliyi tərəfindən həyata keçirilən “Sumqayıt şəhərində Biznes İnkubatorun Yaradılması” layihəsi çərçivəsində Milli Forum keçirilmişdir.
   Layihə Azərbaycanda ilk dəfə olaraq həyata keçirilir.
Biznes inkubator - yerli şirkətlərin yeni yarandığı dövrlərdəki inkişafına və rəqabətli mübarizə aparmasına yardım edən bir təşkilatdır. 
   “Sumqayıt şəhərində Biznes İnkubatorun Yaradılması” layihəsi iki mərhələdən ibarətdir: Birinci mərhələ - Planlaşdırma mərhələsi (sentyabr 2004 – dekabr 2005) - Bu mərhələnin əsas məqsədi inkubasiya mühitini müəyyən etmək və yerli şirkətlərin ehtiyaclarını qiymətləndirməkdir. İkinci mərhələ - həyata keçirmə mərhələsi (fevral 2006 - fevral 2007) – bu mərhələdə Biznes İnkubatorun istifadəyə verilməsi və onun xidmətlərinin daxil olmuş şirkətlərə  təqdim edilməsidir.
  
Forum iki hissədən ibarət idi: birinci hissə ölkənin orta və kiçik biznesinin və sosial-iqtisadi inkişafında Biznes İnkubatorun rolu. Bu hissədə Sumqayıtda Biznes İnkubatorun Yaradılması konsepsiyası təqdim olundu. İkinci hissə yerli şirkətlərin dünya bazarına çıxmasında biznes inkubatorların rolu adlanırdı. Bu hissədə yerli şirkətlərin xarici bazarlara çixarkən üzləşdikləri problemlər müzakirə olundu. Forum çərçivəsində həmçinin Sumqayıt şirkətlərinin istehsal etdikləri məhsul və xidmətlərin sərgisi keçirilmişdir.
  
Forumda İqtisadi İnkişaf Nazirliyin Aparatının Rəhbəri cənab Samir Vəliyev, AtaLizinq Şirkətinin Rəhbəri cənab Ceyhun Məmmədbəyli, Ata Bankın Sumqayıt şəhər filialının rəhbəri cənab Çinqiz Qurbanov, Sumqayıt şəhərinin iş adamları və ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Əvvəlcə giriş sözü ilə “InfoTek” İctimai Birliyinin sədri xanım Məlahət Kazımova çıxış etdi. O, Forumun iştirakçılarına biznes incubatorunun yaradılmasının özəl sektor üçün vacibliyindən və biznes mühitinin təkmilləşdirilməsində böyük rolundan danışdı. Sonra İqtisadi İnkişaf Nazirliyin Aparatının Rəhbəri cənab Samir Vəliyev çıxış etdi. Sonra isə “Sumqayıt şəhərində Biznes İnkubatorun Yaradılması” layihəsinin meneceri cənab Anar Mahmudov çıxış edərək Layihənin və Biznes İnkubatora olan tələbatın hesabatının nəticələrinin təqdimatını keçirdi.
   Çıxişlardan sonra Sumqayıt şirkətlərinin məhsul və xidmətləri ixrac etmək potensialını nəzərdən keçirmək məqsədi ilə 10 yerli şirkətin təqdimetmə mərasimi keçirildi.    
  Sonda Milli Forumun təşkilatçıları iştirakcıların çoxsaylı suallarına cavab verdilər.

bg
İNFOTEK İB Proqramçılar məktəbini açıq elan edir. Burada məktəblilər və tələbələr proqram təminatı üzrə professional təlimlər ala bilərlər. Müştərilər Pascal, C, C++, Delphi, PHP, Java, və Visual Basic istiqamətləri üzrə yüksək səviyyəli kurslarda iştirak edə bilərlər. Məktəb yüksək səviyyəli kompüter və ofis avadanlıqları ilə təchiz olunmuşdur.
İNFOTEK İB Azərbaycanda professional poliqrafiya və web dizaynerlərə tələbatı nəzərə alaraq Poliqrafiya və Web Dizayn Məktəbini açıq elan edir. Burada dizaynerlər loqotiplərin, broşurların, təqvimlərin, kitabların və digər poliqrafiya məhsullarının dizaynı və istehsalı üzrə proffessional treninqlər keçə bilərlər.
pxl
bg
Site by Flexible Solutions